Salyan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilmişdir.
Salyan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə “Tarix yazan əbədiyaşar lider” mövzusunda
dəyirmi masa keçirilmişdir.
Salyan Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Salyan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Salyan RIH-nin məsul əməkdaşı Əzizağa Yaqubov, Salyan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Ramin Qasımov, YAP fəalları və səhiyyə işçiləri iştirak etmişlər. Tədbirdə öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, çıxışlar olmuşdur. Çıxışlarda dövlət müstəqilliyinin bərpası və qorunub saxlanılmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışılmış, məqsədyönlü siyasətin, onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyi vurğulanmışdır. Qeyd edillmişdir ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan addımlar Azərbaycanın bugünkü uğurlarının ən etibarlı təməli olub. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş bir qrup səhiyyə işçisinə üzvlük vəsiqələri təqdim edilmişdir.