Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə “17-iyun Tibb işçilərinin peşə bayramı günü” ilə əlaqədar tədbir keçirilmişdir.

13 iyun 2024 | 14:19

Salyan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə “17-iyun Tibb işçilərinin peşə bayramı günü” ilə

əlaqədar tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Salyan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktor müavini-baş həkim Yeganə Əliyeva açmışdır. Salyan RİH başçısı Sevindik Hətəmov tibb işçilərini peşə bayramları günü münasibətilə təbrik etmiş, onlara nəcib işlərində uğurlar arzulamış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən respublikamızda səhiyyənin inkişafına göstərilən diqqət və qayğıdan bəhs etmişdir. Tədbirin sonunda bir qrup tibb işçisinə Salyan RİH başçısının Fəxri Fərmanı, hədiyyələr və Yeni Azərbaycan Partiyasına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunmuşdur.

 

Keçidlər