Şriftin ölçüsü :

Saytın rəngi :

“Salyan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də görkəmli oftolmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə “Azərbaycanda oftolmologiya elminin inkişafında Zərifə xanım Əliyevanın rolu” mövzusunda tədbir keçirilmişdir.

26 aprel 2024 | 16:31

Salyan rayon İcra Hakimiyyətinin və “Salyan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin birgə təşkilatçılığı ilə görkəmli oftolmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə “Azərbaycanda oftolmologiya elminin inkişafında Zərifə xanım Əliyevanın rolu” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açmışdır. Tədbirdə Salyan rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, “Salyan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in direktoru Şirinxanım Səmədova, Salyan RMX-nın Poliklinika şöbəsinin müdiri oftolmoloq-həkim Tünzalə Əsədova və Salyan RMX-nın Ailə Sağlamlıq Mərkəzinin həkimi Sevinc Dadaşova çıxış edərək Zərifə xanım Əliyevanın Azərbaycanda oftolmologiya elminin inkişafındakı əvəzsiz xidmətlərini və onun adını daim qəlblərdə yaşayacağını qeyd etmişlər. Tədbirin sonunda görkəmli alimin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunmuş, YAP sıralarına yeni qəbul olunmuş 1 qrup səhiyyə işçisinə üzvlük vəsiqələri təqdim edilmişdir.

Keçidlər