Şriftin ölçüsü :

Saytın rəngi :

"Təhsildən yayınma hallarının qarşısının alınması" və "Erkən nikahlar və onların fəsadları" mövzularında Qaraçala qəsəbə tam orta məktəbində maarifləndirici tədbir keçirildi.

29 mart 2024 | 09:32

Salyan Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təskilatçılığı ilə "Təhsildən yayınma hallarının qarşısının alınması" və "Erkən nikahlar və onların fəsadları" mövzularında Qaraçala qəsəbə tam orta məktəbində maarifləndirici tədbir keçirildi.

Tədbirdə Salyan RİH başçısı yanında "Yetkinlik Yaşına Çatmayanların İşləri və hüquqlarının müdafiəsi" üzrə komissiyanın böyuk məsləhətçisi və məsləhətçi psixoloqu Sevinc Səmədova, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə təhsil sektorunun müdiri Razigul Dadaşova, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin aparıcı mütəxəssisi Sadiq Məmmədov, Salyan rayon axundu Mahir Səlimov, Salyan Dövlət Kukla Teatrının direktoru Laləzar Hüseynova, Salyan Ziyalılar Cəmiyyətinin sədri Allahverdi Piriyev, Salyan rayonu üzrə Təhsil sektorunun metodisti Fərqanə Cəbrayılova, Salyan rayon Mərkəzi Xəstəxana Publik Hüquqi Şəxsin həkim pediatrı Aytəkin Əbilova və Salyan rayonu üzrə Təhsil sektorunda fəaliyyət göstərən Psixoloji tibbi pedaqoji komissiyanın psixoloqu Arzu Hacızadə erkən nikahalrın qarşısının alınması məqsədilə son illər həyata keçirilən tədbirlər, mübarizə yolları barədə məlumatlar vermişlər. Çıxışların ardından Salyan Dövlət Kukla Teatrında aktyorları "Puç olmuş arzularım" tamaşasını nümayiş etdirmişlər.

 

Keçidlər