Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə "Təhsildən yayınma hallarının qarşısının alınması" və "Erkən nikahlar və onların fəsadları" mövzularında maarifləndirici tədbir keçirildi.

12 mart 2024 | 16:41

Salyan Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə "Təhsildən yayınma hallarının qarşısının alınması" və "Erkən nikahlar və onların fəsadları"

mövzularında maarifləndirici tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan Salyan RİH başçısı yanında "Yetkinlik Yaşına Çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə" komissiyanın böyük məsləhətçisi, uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Sevinc Səmədova mövzunun əhəmiyyətindən, erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər və bu sosial problemin aradan qaldırılması yolları haqqında danışıb. Tədbirdə Rayon Qeydiyyat şöbəsinin rəisi Rəşad Hüseynov, Salyan rayon İcra və Propasiya şöbəsinin icra məmuru, l dərəcəli ədliyyə qulluqçusu Vüqar Əliyev, Rayon Ziyalılar Cəmiyyətinin sədri Allahverdi Piriyev, Rayon Təhsil sektorunda fəaliyyət göstərən "Psixoloji tibbi pedaqoji " komissiyanın psixoloqu Arzu Hacızadə, rayon ziyalısı Sahib Həsənov, Salyan Mərkəzi Rayon Xəstəxansının həkim pediatrı Aytəkin Əbilova və rayon Təhsil sektorunun metodisti Fərqanə Cəbrayılova çıxış edərək uşaq hüquqlarının müdafiəsi, ailələrin rifah halının yaxşılaşdırılması, erkən nikahın qarşısının alınması hər zaman dövlətimizin qarşısında duran prioritet məsələ olduğunu qeyd etmişlər. Çıxışların ardından Salyan Dövlət Kukla Teatrında aktyorları "Puç olmuş arzularım" tamaşasını nümayiş etdirmişlər.

 

Keçidlər