Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə taxıl biçini mövsümü ilə əlaqədar yanğın təhlükəsizliyinə dair maarifləndirici tədbir keçirilmişdir.

30 iyun 2022 | 17:57

Salyan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə taxıl biçini mövsümü ilə əlaqədar yanğın təhlükəsizliyinə dair  maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə dənli və texniki bitkilərin yığılması, daşınması və emalı dövründə, eləcə də meşə zolaqlarında yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi, taxıl biçini kompaniyasının mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, təhlükəsizlik tədbirləri və kənd təsərrüfatı texnikalarının hazırlıq vəziyyəti ilə bağlı məsələlər müzakirə olunmuşdur. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov hazırda kənd təsərrüfatı işlərinin qızğın dövrü olduğunu və belə bir vaxtda yanğın təhlükəsizliyi tədbirlərinə qarşı hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü, bu sahəyə daha həssas yanaşılmalı olduqlarını bildirmişdir. Sonda  mövzu ilə bağlı geniş müzakirələr aparılmış, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Mühafizə Xidmətinin əməkdaşları tərəfindən fermerləri maraqlandıran suallar cavablandırılmışdır.

 

 

 

Keçidlər