Salyan rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 2024-cü ilin fevral ayı ərzində keçirilməsi nəzərdə tutulan qəbulların qrafikinə əsasən Qaraçala qəsəbəsində səyyar qəbul keçirilib.
Salyan rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 2024-cü ilin fevral ayı ərzində keçirilməsi nəzərdə tutulan qəbulların qrafikinə əsasən Qaraçala qəsəbəsində səyyar qəbul keçirilib.
Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Salyan rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 2024-cü ilin fevral ayı ərzində keçirilməsi nəzərdə tutulan qəbulların qrafikinə əsasən Qaraçala qəsəbəsində səyyar qəbul keçirilib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov tərəfindən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə qəsəbə sakinlərinə ətraflı məlumat verilmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir. Sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.