Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Xocalı kənd sakinləri ilə səyyar qəbul keçirib.
Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Xocalı kənd
sakinləri ilə səyyar qəbul keçirib.
Xocalı kənd ibtidai məktəbin həyətində təşkil olunmuş səyyar qəbulda RİH başçısı aparatının məsul şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər. RİH başçısı Sevindik Hətəmov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişinə uyğun olaraq rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, su-kanalizasiya sisteminin yenidən qurulması, küçələrin işıqlandırılması, həyata keçirilən infrastruktur layihələri və qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat vermişdir.
Səyyar qəbulda sakinlərin müraciətləri dinlənilib və onları narahat edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.