Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov şəhərin 20 Yanvar küçəsinin sakinləri ilə səyyar qəbul keçirmişdir.

26 iyul 2022 | 14:31

Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov şəhərin 20 Yanvar küçəsinin sakinləri ilə

səyyar qəbul keçirmişdir.

Rayonun  idarə, müəssisə və xidmət təşkilatları rəhbərlərinin  iştirak etdiyi səyyar qəbulda torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Qəbulda çıxış edən RİH başçısı son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda dövlət səviyyəsində həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə ətraflı danışmış, ölkə başçısının qayğısı ilə görülən bütün işlərin, həyata keçirilən tədbirlərin yalnız bir amala, əhalimizin yaxşı yaşamasına, onların sosial rifahının və həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət etdiyini vurğulamışdır. Daha sonra sakinlərin səsləndirdikləri müraciət və problemlər dinlənilmiş, qaldırılan məsələlər müzakirə olunmuş və araşdırılması üçün aidiyyəti üzrə RİH başçısı tərəfindən müvafiq göstərişlər verilmişdir.

 

Keçidlər