Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun Şorsulu kəndində əhali ilə səyyar qəbul keçirmişdir.
Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun Şorsulu kəndində əhali ilə səyyar qəbul keçirmişdir.
Qəbulda rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri və ağsaqqallar iştirak etmişlər. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar qəbulda Rayon icra Hakimiyyətinin başçısı Sevindik Hətəmov 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbədən, Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan ətraflı danışmışdır. Rayon rəhbəri Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək, onların problemlərinin yerində həll olunması barədə tapşırıqlarının Salyan rayonunda dadaim diqqət mərkəzində saxlanıldığını qeyd etmişdir. Səyyar qəbulda sakinlərin müraciəti, dinlənilmiş, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.