Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun Kolanı kəndində əhali ilə səyyar qəbul keçirmişdir.

16 avqust 2022 | 14:55

Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun Kolanı kəndində əhali ilə səyyar qəbul  keçirmişdir.

 

Qəbulda rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri və ağsaqqallar iştirak etmişlər. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar qəbulda Rayon icra Hakimiyyətinin başçısı Sevindik Hətəmov 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbədən, Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan, rayonumuzda gedən tikinti-quruculuq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışmışdır. Səyyar qəbulda sakinlərin müraciəti, təklif və rəyləri dinlənilmiş, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.

Sonda kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən qəbullara, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

 

Keçidlər