Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun Kərimbəyli kəndində əhali ilə səyyar qəbul keçirmişdir.

18 iyul 2022 | 14:59

Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun Kərimbəyli  kəndində əhali ilə səyyar qəbul keçirmişdir.

 

Bu gün Salyan Rayon İcra Hakimiyyətinin  başçısı Sevindik Hətəmov Kərimbəyli kəndində vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirdi.  Rayonun  idarə, müəssisə və xidmət təşkilatları rəhbərlərinin  iştirak etdiyi səyyar qəbulda torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.  Qəbulda çıxış edən Rayon rəhbəri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətindən, 44 Günlük Vətən müharibəsindəki qələbəmizdən, işğaldan azad olunan torpaqlarımızın Prezident İlham Əliyevin göstərişlərinə əsasən abadlaşmasından və rayon ərazisində aparılan abadlıq quruculuq işləri haqqında məlumat vermişdir. İcra başçısı ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf kursunun parlaq nəticələrinin hər bir vətəndaşın həyat şəraitinin yaxşılaşdırılmasında müstəsna rolunu xüsusi vurğulayaraq bu inkişaf kursunun bundan sonra da xalqın rifahına xidmət  edəcəyini diqqətə çatdırmışdır.

Qəbulda vətəndaşlar tərəfindən kəndə internet xəttlərinin çəkilməsi, suvarma kanallarının təmizlənməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib. Rayon İcra başçısı qəbula gələn vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar vermişdir. 

 

Keçidlər