Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Abadkənd kənd sakinləri ilə səyyar qəbul keçirib.
Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Abadkənd kənd
sakinləri ilə səyyar qəbul keçirib.
Xələc-1 kənd tam orta məktəbdə təşkil olunmuş səyyar qəbulda RİH başçısı aparatının məsul şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər. RİH başçısı Sevindik Hətəmov keçirilən səyyar qəbulların ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb. Səyyar qəbul zamanı bir qrup kənd sakinini dinləyən RİH başçısı mövcud problemlərin həlli, o cümlədən, «Çala» deyilən sututar ərazinin təmizlənməsinə köməklik göstərilməsi, elektrik təsərrüfatının yenidən qurulması, qış mövsümü ilə əlaqədar qəzalı vəziyyətdə olan işıq dirəklərinin və naqillərin yenisi ilə əvəz olunması, digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.