Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov taxıl biçini mövsümünə hazırlıq işləri ilə tanış olub.

13 may 2026 | 11:30

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov taxıl biçini mövsümünə

hazırlıq işləri ilə tanış olub.

 Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov aydiyyəti qurum rəhbərləri ilə rayonun Dayıkənd kəndində fəaliyyət göstərən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Salyan Rayon Bölməsində olub, rayon üzrə taxıl biçininə cəlb ediləcək mövcud kombaynlara və gübrə anbarına baxış keçirib. Baxış zamanı rayon rəhbərinə məlumat verilib ki, “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən biçinlə bağlı hazırlıqlar yekunlaşıb. Hazırlıq ərəfəsində rayon üzrə biçinə cəlb ediləcək 17 ədəd kombaynlara texniki baxış keçirilib, nasaz vəziyyətdə olan texnikalarda təmir, sazlama işləri aparılıb. RİH başçısı Rüstəm Xəlilov söhbət zamanı rayonun aqrar sektorunda aparıcı sahələrdən olan taxılçılığın ölkənin ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyətə malik olduğunu vurğulayıb, fermerlərə işlərində uğurlar və yüksək məhsuldarlıq arzulayıb. Məlumat üçün bildiririk ki, 2025-2026-cı təsərrüfat ilində Salyan rayonunda 13287 hektar sahədə taxıl əkinləri həyata keçirilmişdir. Bundan 4635 hektar sahədə buğda, 8652 hektar sahədə isə arpa bitkisi əkilmişdir. Aparılan düzgün aqrotexniki tədbirlər nəticəsində taxıl sahələrindən bol məhsuldarlıq gözlənilir. Taxıl sahələrində biçin işlərinə hazırlıq davam etdirilir. Taxıl biçinlərinə kütləvi başlanma 5-10 iyundan başlayaraq nəzərdə tutulmuşdur.

 

 

Keçidlər