Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Qaraçala qəsəbəsinin sakinləri ilə səyyar qəbul keçirmişdir.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Qaraçala qəsəbəsinin
sakinləri ilə səyyar qəbul keçirmişdir.
Ölkə başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Salyan rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Salyan rayon İcra Hakimiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov noyabrın 19-da vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə Qaraçala qəsəbəsində əhali ilə səyyar qəbul keçirmişdir.
RİH başçısı Rüstəm Xəlilov qəbulda çıxış edərək bu günlərdə ölkəmizin COP29-a ev sahibi seçilməsini Azərbaycanın beynəlxalq nüfuzundan, səmərəli beynəlxalq münasibətlər sistemi qurmaq bacarığından, üstəlik, ekoloji problemlərin həllində iradə nümayiş etdirməsinin göstəricisi olduğunu qeyd etmişdir. RİH başçısı çıxışı zamanı ən yüksəksəviyyəli tədbirin Azərbaycanda keçirilməsini düşmən üzərində möhtəşəm Zəfər qazanan ölkəmizin həm də mənəvi qələbəsi olduğunu vurğulamışdır.
Səmimi söhbət əsasında keçən qəbulda minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açmışlar. Rayon İcra başçısı qəbulda iştirak edən vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar vermişdir.