Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Birinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanın anasını müalicə aldığı tibb ocağında ziyarət edib.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Birinci Qarabağ müharibəsində
şəhid olmuş qəhrəmanın anasını müalicə aldığı tibb ocağında ziyarət edib.
Bu gün RİH başçısı Rüstəm Xəlilov Salyan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə Birinci Qarabağ müharibəsində şəhid olmuş Babayev Sadiq Ərastun oğlunun anasını Babayeva Naibə Bəbir qızını ziyarət edib. Ziyarət zamanı şəhid anasının səhhəti ilə maraqlanılıb, müalicəsinin gedişi barədə məlumat alınıb və onun qayğıları dinlənilib. İcra başçısı şəhid ailələrinin üzvlərinə, müharibə əlillərinə, habelə bu kateqoriyadan olan hər bir vətəndaşına dövlətimizin göstərdiyi sonsuz qayğı və diqqətdən söz açılıb. Qeyd olunub ki, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim ehtiramla yad edilir. Onların ailə üzvlərinə, xüsusilə yaşlı nəslin nümayəndələrinə göstərilən diqqət və qayğı xüsusi önəm daşıyır. Görüş zamanı şəhid anasına tezliklə şəfa tapması, möhkəm cansağlığı və uzun ömür arzulanıb. Onun səhhəti və müalicəsi ilə bağlı məsələlərin diqqətdə saxlanılacağı bildirilib. Şəhid anası göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.






