Salyan rayon İcra Hakimiyyətinin başçısı Babazanlı yaşayış sahəsinin sakinləri ilə səyyar qəbul keçirmişdir.
Salyan rayon İcra Hakimiyyətinin başçısı Babazanlı yaşayış sahəsinin sakinləri ilə
səyyar qəbul keçirmişdir.
Rayonun idarə, müəssisə və xidmət təşkilatları rəhbərlərinin iştirak etdiyi səyyar qəbulda torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Qəbulda çıxış edən Rayon rəhbəri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətindən, 44 günlük Vətən Müharibəsindəki qələbəmizdən danışmış, işğaldan azad olunmuş torpaqlarımızın Prezident İlham Əliyevin göstərişlərinə əsasən abadlaşmasından və rayon ərazisində aparılan abadlıq-quruculuq işləri haqqında məlumat vermişdir.
İcra başçısı ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf kursunun parlaq nəticələrinin hər bir vətəndaşın həyat şəraitinin yaxşılaşdırılmasında müstəsna rolunu xüsusi vurğulayaraq bu inkişaf kursunun bundan sonra da xalqın rifahına xidmət edəcəyini diqqətə çatdırmışdır.
Rayon İcra başçısı qəbula gələn vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar vermişdir.