Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayon İcra Hakimiyyətində “Vətən müharibəsi iştirakçısı” medallarının təqdimetmə mərasimi keçirilmişdir.

19 sentyabr 2022 | 17:20

Salyan rayon İcra Hakimiyyətində 44 günlük Vətən müharibəsində, vətənin azadlığı və ərazi bütövlüyü uğrunda əzmlə döyüşmüş Polis şöbəsinin Post Patrul Xidmətinin polis nəfərlərinə “Vətən müharibəsi iştirakçısı” medallarının təqdimetmə mərasimi keçirilmişdir. 

Mərasimdə çıxış edən RİH başçısı Sevindik Hətəmov 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbənin milli qürur mənbəyi və çox şərəfli tarix olduğunu qeyd etmiş, vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu qarşısında baş əydiyini, müharibə iştirakçılarına isə dərin minnətdarlığını bildirmişdir.

 

Keçidlər