Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan Rayon İcra Hakimiyyətində taxıl biçini ilə əlaqədar qərargahın iclası keçirilib.

11 iyun 2026 | 14:44

Salyan Rayon İcra Hakimiyyətində taxıl biçini ilə əlaqədar

qərargahın iclası keçirilib.

Salyan Rayon İcra Hakimiyyətində 2026-cı ilin taxıl biçini mövsümünün mütəşəkkil keçirilməsi ilə əlaqədar yaradılmış qərargahın iclası keçirilib. İclası giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində aqrar sahə öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Kənd təsərrüfatına dövlət dəstəyinin gücləndirilməsi bu sahənin inkişafına mühüm təsir göstərir. Taxılçılığın kənd təsərrüfatının aparıcı sahələrindən biri olduğunu xatırladan Rüstəm Xəlilov bu sahənin ərzaq təhlükəsizliyinin davamlı təmin olunmasında, o cümlədən heyvandarlığın yem bazasının təşkilində, ərzaqlıq buğda ilə özünütəminat səviyyəsinin yüksəldilməsində mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, rayonda yetişdirilmiş taxıl sahələrinin vaxtında biçilməsi, texnikaların fasiləsiz fəaliyyətinin təmin edilməsi və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunması əsas prioritet məsələlərdəndir. Daha sonra iclasda Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tariel Atamalıyev rayonda taxıl biçininin gedişi barədə ətraflı məlumat verib. Bildirib ki, hazırda rayon üzrə arpa biçini sürətlə davam etdirilir və artıq 11.06.2026-cı il vəziyyətinə 2574 hektar arpa sahəsində biçin işləri başa çatdırılıb. O, biçin prosesinin mütəşəkkil qaydada davam etdiyini, məhsul itkisinin qarşısının alınması üçün fermerlərə müvafiq tövsiyələrin verildiyini və aidiyyəti qurumlarla koordinasiyanın təmin edildiyini qeyd edib. Tariel Atamalıyev eyni zamanda taxıl biçinində iştirak edən həm şəxsi, həm aqroservis, həmdə digər rayonlardan dislokasiya edilən kombaynlar barədə ətraflı məlumat verib. İclasın yekununda iştirakçılar taxıl biçininin təşkili, mövcud vəziyyət və qarşıda duran vəzifələr barədə ətraflı məlumatlandırılıb, biçin zamanı qarşıya çıxa biləcək çətinliklər, onların həlli yolları müzakirə edilib, fermer və mexanizatorların təklifləri dinlənilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

Keçidlər