Salyan rayon İcra Hakimiyyətində “Tarix yazan əbədiyaşar lider” mövzusunda tədbir keçirilmişdir.
Salyan rayon İcra Hakimiyyətində “Tarix yazan əbədiyaşar lider” mövzusunda
tədbir keçirilmişdir.
RİH-nin başçısı Sevindik Hətəmovun, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, idarə, müəssisə və təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə öncə Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunmuşdur. Tədbirdə çıxış edən natiqlər müasir Azərbaycanın memarı və qurucusu, böyük siyasətçi Azərbaycan xalqının XX əsrdə yetirdiyi nadir dahi şəxsiyyət, tariximizin canlı əfsanəsi olan Heydər Əliyev haqqında geniş nitq söyləmişlər. Qeyd olunmuşdur ki, Azərbaycanda bu gün Ulu Öndərimizin ideyaları yaşayır və daha geniş şəkildə həyata keçirilir. Ulu öndər Heydər Əliyevin uğurlu siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.