Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan Rayon İcra Hakimiyyətində Rüstəm Məlikovun 70 illik yubileyi qeyd olunub.

17 mart 2026 | 11:43

Salyan Rayon İcra Hakimiyyətində Rüstəm Məlikovun

70 illik yubileyi qeyd olunub.

 “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, Salyan Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın sədri, “Ana Kürüm” qəzetinin məsul redaktoru, “Ali Media” mükafatı laureatı Məlikov Rüstəm Sadıq oğlunun 70 illik yubileyi qeyd olunub. Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov yubliyarı 70 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik etmiş, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində yeni uğurlar arzulamışdır. Rayon rəhbəri Məlikovun uzun müddət Salyanın "Qələbə" qəzetinə səmərəli rəhbərliyindən, jurnalist peşəsinə sədaqətli xidmətindən, Salyan rayonunda ictimai-mədəni mühitin zənginləşməsi istiqamətindəki fəaliyyətindən və yaradıcılığından söz açmışdır. Salyan Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri yubliyarla bağlı xatirələrini və ürək sözlərini bölüşmüş və onu yubiley münasibətilə təbrik etmişlər. Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov yubliyarı 70 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif etmişdir.

 

Keçidlər