Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan Rayon İcra Hakimiyyətində “Qələbə” qəzetinin yaranmasının 100 illik yubleyi ilə bağlı yubley tədbiri keçirilmişdir.

29 fevral 2024 | 17:12

Salyan Rayon İcra Hakimiyyətində “Qələbə” qəzetinin yaranmasının

100 illik yubleyi ilə bağlı yubley tədbiri keçirilmişdir.

Yubley tədbirində Salyan RİH-nin başçısı Sevindik Hətəmov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Milli Məclisin deputatı Aqil Abbas, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Əvvəlcə iştirakçılar mətbuatın inkişafına daim böyük diqqət və qayğı göstərmiş Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzmüşlər. Sonra tədbir Rayon İcra Hakimiyyətinin iclas zalında yubileyə həsr olunan videoçarxın nümayişi ilə davam etmişdir.    

Yubiley tədbirində Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov “Qələbə”nin yaradıcı heyətinə təbriklərini çatdırdı. O, hər zaman rayonun ictimai həyatında həyatında mühüm rol oynamış, mili məfkurə tribunası olmuş, əhalinin maarifləndirilməsi missiyasını şərəflə yerinə yetirmiş qəzetin xidmətlərini yüksək dəyərləndirdi, vaxtı ilə redaksiyasa çalışmış ünlü söz adamlarını xatırladı, ənənələrin layiqincə davam etdirildiyini diqqətə çatdırdı və redaksiya heyətinə ən xoş arzularını bildirdi.

Qələbə” qəzetinin baş redaktoru R.Məlikov, Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid, Milli Məclisin deputatı, yazıçı, Əməktər jurnalist,”Ədalət” qəzetinin təsisçisi Aqil Abbas, Əməkdar İncəsənət xadimi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, sənətşunaslıq üzrə fəlsəfə doktoru, vaxtı ilə qəzetin məsul katibi olmuş Əliqismət Lalayev, iqtisad elmləri üzrə fəlsəfə doktoru Arif Əliyev, AYB Muğan bölməsinin rəhbəri Nəbi İbrahimov, Rayon Ziyalılar Cəmiyyətinin sədri Allahverdi Piriyev 100 yaşı tamam olan qəzetlə bağlı səmimi duyğylarını bildirdilər.

Tədbirin sonunda yubiliyar qəzetin kollektivinə Mətbuat Şurasının Diplomu və Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim edildi.

 

Keçidlər