Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan Rayon İcra Hakimiyyətində qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış abutriyentlərlə görüş keçirilib.

10 sentyabr 2024 | 15:48

Salyan Rayon İcra Hakimiyyətində qəbul imtahanlarında 600-dən yuxarı

bal toplamış abutriyentlərlə görüş keçirilib.

 

Salyan Rayon İcra Hakimiyyətində yüksək bal toplamış abutriyentlərlə görüş keçirilib. Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimov, yüksək bal toplamış məzunlar, ağsaqqallar və ziyalılar iştirak edib. Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov tədbirdə çıxış edərək gəncləri əldə etdikləri uğurlar münasibətilə təbrik edib, onlara xoş arzularını çatdıraraq gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb. O qeyd edib ki, ölkəmizdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatları öz töhfəsini verməkdədir. Yeni məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinə də öz müsbət təsirini göstərir. Bu il orta məktəbləri bitirənlərdən 736 nəfəri ali məktəblərə qəbul üçün sənəd verərək, onlardan 519 nəfəri republikamızın, 15 nəfəri Türkiyə, Macarıstan, Almaniya və Latviyanın ali məktəblərinə qəbul olunub. Ən yüksək nəticəni isə şəhər 1 saylı məktəb-liseyin məzunu Zenfira Nəsirova göstərib. O, 683.8 balla Qarabağ Universitetinin Hüquq fakultəsinə qəbul olub. Sevindirici haldır ki, təkcə Salyan rayonundan 17 nəfər gənc Qarabağ Universitetinə qəbul olunmuşdur.

 Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimov çıxış edərək bildirmişdir ki,  Ali məktəblərə qəbul olanlardan 32 nəfəri 600-dən yuxarı bal toplayıb. Müqayisə üçün deyək ki, 2022-2023-cü tədris ilində rayonun ümumtəhsil məktəblərini 11-ci siniflər üzrə 1184 şagird bitirmiş, onladan 462 nəfəri ali məktəblərə qəbul olnmuş, 17 nəfəri 600-dən yuxarı bal toplamışdır.  Dİgər çixiş edənlər tələbə adını qazanan gəncləri təbrik edib, onlara savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr vermələrini arzulayıblar. .

Tədbirin sonunda yüksək bal toplamış abituriyentlər rayon İcra Hakimiyyətinin başçısı tərəfindən mükafatladırılıb. Onlara fəaliyyətlərində uğurlar arzulanıb.

 

Keçidlər