Salyan Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib.
13 mart 2025 | 17:06
Salyan Rayon İcra Hakimiyyətində növbəti
vətəndaş qəbulu keçirilib.
Bu gün Salyan Rayon İcra Hakimiyyəti başçısı vətəndaşları qəbul edib. Qəbul zamanı rayon sakinlərinin sosial problemləri, onların qarşılaşdığı çətinliklər və təklifləri dinlənilib. Rayon İcra Hakimiyyətində təşkil olunmuş vətəndaşların fərdi qaydada qəbulunda rayon rəhbəri tərəfindən hər bir vətəndaş diqqətlə dinlənilib və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunub, RİH səlahiyyətləri daxilində olan məsələlərin həlli nəzarətə götürülüb, digər mövzularla bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıq verilib.