Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayon İcra Hakimiyyətində “8 noyabr- Zəfər Günü”nə həsr olunmuş “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” adlı tədbir keçirilib.

08 noyabr 2023 | 15:34

 

Salyan rayon İcra Hakimiyyətində “8 noyabr- Zəfər Günü”nə həsr olunmuş “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” adlı tədbir keçirilib. 

Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatları Jalə Əhmədova, Fəzail Ağamalı, Milli Qəhrəman Təbriz Xəlilbəylinin həyat yoldaşı Sevinc Xəlilbəyli, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları öncə  Heydər Əliyev Mərkəzinin foyesində Zəfər tariximizə həsr olunmuş rəsm sərgisi ilə tanış olmuşlar. Ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsinin yad edildiyi və Dövlət Himnimizin səsləndirilməsi ilə başlanan tədbirdə 44 günlük Vətən Müharibəsində qazanılmış Şanlı Qələbəmizə həsr olunan video-çarx nümayiş olunub. 

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfər münasibətilə tədbir iştirakçılarını təbrik edən Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov 44 günlük Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı və qürurverici səhifələrinin yazıldığını qeyd etmişdir.  Qeyd edib ki, bu möhtəşəm Qələbə sevincini bizə yaşadan rəşadətli Azərbaycan Ordusunun hər bir zabit və əsgər heyətinə, qazilərimizə minnətdarıq. Xalqımız unudulmaz tarixi günlər, aylar və illər yaşayır. İkinci Qarabağ müharibəsində möhtəşəm qələbəmiz, şanlı Zəfərimiz, bu günlərdə ordumuzun həyata keçirdiyi uğurlu antiterror tədbirləri və suverenliyimizin tam bərpası misilsiz tarixi hadisələrdir və bununla haqlı olaraq fəxr edir, qürur duyuruq.

Tədbirdə  digər çıxış edənlər Şanlı Zəfər münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, Vətən uğrunda canından keçən bütün şəhid qardaşlarımıza Allahdan rəhmət diləmişlər. 

 

Keçidlər