Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan Rayon İcra Hakimiyyətində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçiləri ilə görüş keçirilib.

05 oktyabr 2026 | 13:11

Salyan Rayon İcra Hakimiyyətində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə 

təhsil işçiləri ilə görüş keçirilib.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov təhsilin inkişafında xidmətləri və gənc nəslin təlim-tərbiyəsi sahəsində qazandıqları nailiyyətlərə görə təltif olunan bir qrup təhsil işçiləri ilə görüş keçirib. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov əlamətdar gün münasibətilə müəllimləri təbrik etmiş, gələcək nəslin inkişafı yolunda göstərdikləri fədakar işlərində onlara uğurlar arzulayıb. Rüstəm Xəlilov çıxışında Ümummilli Lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyinə verilmiş yüksək qiymətdən, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlərdən söz açaraq bildirmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fəaliyyəti dövründə təhsil sahəsində görülmüş işlər, qazanılmış uğurlar növbəti illərdə dövlətimizin daha yüksək nailiyyətlər əldə etməsinə və xalqımızın xoşbəxt, firavan gələcəyinin möhkəm təməl yaratmasına istiqamətlənib. Görüş zamanı müəllimlərin gənc nəslin təlim-tərbiyəsində rolu, onların peşə fəaliyyətində göstərdiyi fədakarlıq və təhsil sahəsinin inkişafına verdikləri töhfələr yüksək qiymətləndirilib. Görüşün sonunda rayonun təhsil sahəsində yüksək peşəkarlığı və əldə etdikləri nailiyyətlərlə fərqlənən müəllimlərə hədiyyələr təqdim olunub.

 

Keçidlər