Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şura üzvlərinə vəsiqələr təqdim edilmişdir.

06 sentyabr 2022 | 17:42

Salyan rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şura üzvlərinə

vəsiqələr təqdim edilib.

Salyan rayon İcra Hakimiyyəti yanında yaradılmış İctimai Şuranın fəaliyyəti üçün hər cür şərait yaradılıb. Belə ki, istər toplaşmaq, istərsə də işləmək üçün şura üzvlərinin hər hansı bir qayğısı yoxdur. Ciddi müzakirəyə ehtiyac olan bəzi məsələlərdə İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov da iştirak edir. Bu günlərdə icra aparatının akt zalında keçirilən yığıncaqda İctimai Şuraların əsasnaməsinə uyğun olaraq şura üzvlərinə yeni vəsiqələr verilib. Rayon rəhbəri şura üzvlərinə vəsiqələri təqdim edərkən onları daha fəal olmağa çağırıb, vətəndaşlarla ünsiyyətin müxtəlif formalarından maksimum istifadə etməyi tövsiyə edib. Qeyd edilib ki, həlli mümkün olmayan problem yoxdur. Bunun üçün rayonda hər cür şərait var. Rayon əhalisində hər zaman aktivlik hiss olunur. Vətəndaşlar onları narahat edən məsələlər barədə icra strukturlarına zamanında müraciət edə bilir və inanırlar ki, onları qayğılandıran məsələlərin həlli üçün burada həmişə real addımlar atılır. Rayonda çox tezliklə “ASAN Xidmət”in yeni binası və əsaslı təmirdən sonra xəstəxana kompleksi istifadəyə veriləcək. Bu il rayonun daxili magistral yollarının çəkilişinə də başlanılacaq. Yığıncaqda İctimai Şuranın sədri Rüstəm Məlikov, üzvlərdən Allahverdi Piriyev, Arif Əskərov və başqaları səmimi qəbul üçün rayon rəhbərinə təşəkkür edərək, onları narahat edən bəzi məsələlər barədə təkliflər söyləyiblər. Görüşdə RİH başçısı tərəfindən qaldırılan məsələlərin həlli üçün müvafiq tapşırıqlar verilib və icra nəzarətə götürülüb.

Keçidlər