Salyan Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən ictimai şura 2024-cü ildə gördüyü işlərə yekun vurmuşdur.
Salyan Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən ictimai şura
2024-cü ildə gördüyü işlərə yekun vurmuşdur.
Bu münasibətlə Salyan Rayon İcra Hakimiyyətində yığıncaq keçirilmişdir. RİH başçısı Rüstəm Xəlilovun tədbir iştirakçılarını salamlayaraq və bu gün ölkəmizdə Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi və sosial siyasətin uğurlu nəticələrindən , demokratik təsisatların inkişafında vətəndaş cəmiyyətinin rolundan danışmışdır. Hesabat yığıncağında RİH başçısı Rüstəm Xəlilov 2025-ci ildə rayonun sosial-iqtisadi inkişafında həyata keçiriləcək işlər barədə məlumat vermiş və dövlətimizin siyasətinin həyata keçirilməsində ictimai şuraların müsbət rolunu vurğulamış, fəaliyyətin daha da səmərəli olması üçün tövsiyələrini vermişdir. RİH yanında ictimai şuranın sədri Rüstəm Məlikov məlumat vermişdir ki, rayon icra hakimiyyəti yanında ictimai şura 4-cü ildir ki, fəaliyyət göstərir. Ötən müddət ərzində şura üzvləri rayon ictimaiyyəti arasında hörmət və nüfuz qazanmaqla yanaşı, insanların müraciət etdiyi, fikir bölüşdürdüyü bir quruma çevrilmişdir. İctimai şura 2024-cü ildə də qəbul edilmiş əsasnaməyə uyğun fəaliyyət göstərmiş yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyət təşkil etmişdir.
Yığıncağında çıxış edən şura üzvlərindən Məhəmməd Ağayev, Allahverdi Piriyev, Leyla Nəsirova, Arif Əsgərov, Vəfa Əbilova, Sevinc Bünyatova bildirmişlər ki, hesabat dövründə 4 iclas keçirilmiş və vətəndaşların 20-dən artıq müraciətinə baxılmış və müzakirə olunan məsələlər aidiyyəti dövlət təşkilatlar qarşısında qaldırılaraq müsbət həll olunmuşdur. Hesabat ilində şura üzvləri şahid və qazi ailələrində olmuş onların qayğıları ilə yaxından maraqlanmış və səlahiyyətləri daxilində köməkliklərini göstərmişlər. Yığıncaqda həmçinin son dövrdə rayonda aparılan abadlıq və quruculuq işləri barədə danışılmış və bu yeniliklərin qorunması, təmizliyə riayət edilməsi üçün ictimai qınağın da vacibliyi vurğulanmışdır.