Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan Rayon İcra Hakimiyyəti başçısının Qurban bayramı münasibətilə rayon sakinlərinə təbriki

28 iyun 2023 | 08:33

Salyan Rayon İcra Hakimiyyəti başçısının Qurban bayramı münasibətilə

rayon sakinlərinə təbriki

 

Əziz salyanlılar!

Dünya müsəlmanlılarının ən əziz, ən müqəddəs bayramlarından biri olan Qurban bayramı ərəfəsindəyik. Sizi bu doğma bayram münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı bildirirəm.

Qurban bayramı əsrlərlə insanların həmrəyliyinə, mənəvi təmizliyinə, kamilləşməsinə xidmət göstərmişdir. Hər bir müsəlman üçün doğma olan bu bayram özündə nəcibliyi, xeyirxahlığı, ülviliyi ehtiva edərək, ən ağır və çətin məqamlarda müqəddəs amallar naminə hər cür fədakarlığa hazır olmaq qüdrətini özündə əks etdirir. Bu il qeyd olunan Qurban bayramı həm də xalqımız üçün son dərəcə önəmli hadisə olan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlamətdardır. Ulu Öndərimiz həmişə mənəvi dəyərlərimizə, o cümlədən Qurban bayramın fəzilətlərinə yüksək qiymət vermişdir.

 Qurban bayramını ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu bir dövrdə keçirməyimiz qəlbimizi sonsuz sevinc və fərəh hissləri ilə doldurur. Uca Allahın köməyi ilə, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, yüksək diplomatik məharəti, rəşadətli ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı, şəhidlərimizin canı, qanı bahasına, xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsi nəticəsində  cəmi 44 gün çəkən haqq savaşımızda tariximizin ən möhtəşəm Qələbəsinə imza atdıq. Artıq hər birimiz üçün müqəddəs məkan olan Şuşa şəhərində, digər torpaqlarımızda azan səsi ucalır, dini-mənəvi dəyərlərimizi özündə əks etdirən məscid və ziyarətgahlarımız, tarixi-mədəni abidələrimiz bərpa edilir, yurd yerlərimiz daha müasir formada yenidən inşa olunur.

İslamın mütərəqqi ənənələrini davam etdirən, onun yüksək dəyərlərinə sahib olan xalqımız dini bayramlara xüsusi önəm verməklə, Qurban mərasimlərini hər il  böyük təntənə və yüksək əhval-ruhiyyə ilə keçirir. Bu bayram günündə respublikamızın hər yerində olduğu kim. rayonumuzda da qurbanlar kəsilir, ölkəmizin hərtərəfli inkişafının daha yüksək səviyyəyə qaldırılması, xalqımızın firavanlığı, sülh, əmin-amanlıq, təhlükəsiz  şəraitində yaşaması üçün dualar edilir, xeyriyyəçilik işləri görülür, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş oğul və qızlarımızın nurlu, işıqlı xatirəsi böyük hörmət və ehtiramla yad edilir.

Əziz salyanlılar!

Qurban bayramı münasibətilə sizi bir daha ürəkdən təbrik edir, qurbanlarınızın Allah tərəfindən qəbul olunmasını arzu edirəm. Qoy bu mübarək bayramda kəsilən qurbanlar ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət gətirsin. Ruziniz bol, imanınız kamil olsun. Allah-Təala ibadət və dualarınızı qəbul etsin.

Qurban bayramınız mübarək olsun!

Sevindik Hətəmov,

Salyan Rayon İcra Hakimiyyətinin başçısı

 

Keçidlər