Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan Rayon İcra hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə əhali ilə keçirdiyi səyyar qəbullar davam edir.

23 may 2023 | 09:07

Salyan Rayon İcra hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə əhali ilə keçirdiyi

səyyar qəbullar davam edir.

Mayın 23-də Yölüstü kəndinin sakinləri ilə növbəti səyyar qəbul keçirilib. Qəbulda çıxış edən RİH başçısı son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda dövlət səviyyəsində həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə ətraflı danışmış, ölkə başçısının qayğısı ilə görülən bütün işlərin, həyata keçirilən tədbirlərin yalnız bir amala, əhalimizin yaxşı yaşamasına, onların sosial rifahının və həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət etdiyini vurğulamışdır. Qəbulda vətəndaşlar kənddaxili yolların təmiri, telekommunikasiya və rabitə xətlərinin qurulması, ərazilərdə yaşayan şəkər xəstələrinə dərmanların yerli tibb məntəqələri tərəfindən verilməsi və elektrik təsərrüfatının yenidən qurulması kimi məsələlər səsləndirmişlər. Rayon İcra başçısı qəbulda iştirak edən vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar vermişdir. 

Keçidlər