Salyan rayon Heydər Əliyev Mərkəzində ”Uşaq hüquqları aylığı”nın yekununa həsr olunmuş tədbir keçirilmişdir.
20 noyabr 2023 | 11:19
Salyan rayon Heydər Əliyev Mərkəzində ”Uşaq hüquqları aylığı”nın
yekununa həsr olunmuş tədbir keçirilmişdir.
“Uşaq hüquqları aylığı” çərçivəsində Salyan Rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə "BMT-nin Uşaq Hüquqları Konvensiyası uşaq hüquqlarının qorunmasında mütərəqqi sənəd kimi” adlı tədbirə yekun vurulmuşdur. Tədbirdə Azərbaycan Respublikasının İnsan hüquqları Üzrə Müvəkkilinin Cənub Regional mərkəzinin rəhbəri Ziya İsmayılov, mərkəzin baş məsləhətçisi Xalid Şəmili rayon ziyalıları və məktəblilər iştirak etmişlər.