Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan Dövlət Rəsm Qalereyasında “Caz rəsmlərdə” yaradıcılıq sərgisinin açılışı olub.

15 mart 2024 | 10:03

Salyan Dövlət Rəsm Qalereyasında “Caz rəsmlərdə”

yaradıcılıq sərgisinin açılışı olub.

Dünya şöhrətli Azərbaycan bəstəkarı və cazmeni Vaqif Mustafazadənin xatirəsinə həsr olunan yaradıcılıq sərgisinin açılış mərasimində Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, idarə, müəssisə və təşkilatların rəhbərləri, rəssamlar, mədəniyyət, təhsil və başqa sahələrin nümayəndələri iştirak ediblər. Çıxış edən Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov böyük cazmen Vaqif Mustafazadənın həyat və yaradıcılığı haqqında danışıb. Salyan Dövlət Rəsm Qalereyasının direktoru Kürçaylı Məmmədov çıxışında yaradıcılıq sərgisi haqqında geniş məlumat verib. O, bildirib ki, sərgidə Vaqif Mustafazadə də daxil olmaqla dünya caz ulduzlarının tanınmış simaları Frank Sinatra, Nina Simone, Carlz Lloyd kimi görkəmçi cazmenlərin portretləri və caz kompozisiyaları yer alıb. Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam İman Mustafayev çıxış edərək qeyd edib ki, regionlarda bu cür yaradıcı sərgilərin təşkil olunması tamaşaçı zövqünü oxşayır. Çıxışlardan sonra Salyan Dövlət Rəsm Qalereyasının sərgi salonunda nümayiş olunan rəsm əsərlərinə baxış olub.

Sərgidə Salyan rayon Mədəniyyət Mərkəzinin Əməkdar artist Həsənağa Sadıqov adına “Mahirlər” Xalq Ailə Ansamblının üzvləri - cazmenlər Elşən və Elçin Sadıqovlar və Ruslan Qurbanov müxtəlif caz kopmozisiyaları ifa ediblər. Qeyd edək ki, Vaqif Mustafazadənin xatirəsinə həsr olunan “Caz rəsmlərdə” yaradıcılıq sərgisinin nümayişi martın 30-dək davam edəcək.

Keçidlər