Şriftin ölçüsü :

Saytın rəngi :

Rüstəm Xəlilovun növbəti qəbulu Kür Qaraqaşlı kənd sakinləri ilə keçirilib.

17 mart 2025 | 16:00

Rüstəm Xəlilovun növbəti qəbulu Kür Qaraqaşlı

kənd sakinləri ilə keçirilib. 

Dövlətlə vətəndaş arasındakı qarşılıqlı etimad mühitinin güclənməsi, insanları narahat edən məsələlərin həllinə həssaslıqla yanaşılması və birbaşa dialoqun inkişaf etdirilməsi üçün yerlərdə keçirilən səyyar görüşlərin önəminə toxunan İcra başçısı bildirib ki, səyyar görüşlərin keçirilməsində məqsəd yerli sakinlərin şəxsi və ümumi problemlərinin öyrənilməsi, onların həlli istiqamətində müvafiq addımların atılması, insanların həyat şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilməsidir. 

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun sakinlərlə görüşü Kür Qaraqaşlı kənd Mədəniyyət Evinin binasında baş tutub. Rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin və kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə dövlət-vətəndaş münasibətindən, ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən qayğıdan, respublikamızda və rayonda aparılan quruculuq işlərindən söhbət açılıb, sakinləri narahat edən məsələlər dinlənilib.

Rayon İcra başçısı səmimi söhbət əsasında keçən qəbulda iştirak edən vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar vermişdir. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.   

Keçidlər