Rüstəm Xəlilov şəhid atasını tibb ocağında ziyarət edib.
09 iyul 2026 | 11:54
Rüstəm Xəlilov şəhid atasını tibb ocağında
ziyarət edib.
Bu gün Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Salyan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə şəhid atası Nəzərov Zahir Balaxan oğlunu ziyarət edib. Rayon rəhbəri ziyarət zamanı şəhid atasının sağlamlıq durumu və qayğıları ilə maraqlanıb, şəfalarını diləyib, hər zaman onların yanında olduğunu bildirib. Ziyarət zamanı şəhid ailələrinin üzvlərinə, müharibə əlillərinə, habelə bu kateqoriyadan olan hər bir vətəndaşına dövlətimizin göstərdiyi sonsuz qayğı və diqqətdən söz açılıb. Qeyd edək ki, Vətən müharibəsində Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olmuş Emin Nəzərlinin atasıdır.






