Şriftin ölçüsü :

Saytın rəngi :

Rüstəm Xəlilov şəhid anasını tibb ocağında ziyarət edib.

19 iyun 2026 | 11:02
 
Rüstəm Xəlilov şəhid anasını tibb ocağında
ziyarət edib.

Bu gün RİH başçısı Rüstəm Xəlilov Salyan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə daha bir şəhid anasını Nəcəfov Mehparə İsmixan qızını ziyarət edib. Rayon rəhbəri ziyarət zamanı şəhid anasının sağlamlıq durumu və qayğıları ilə maraqlanıb, şəfalarını diləyib, hər zaman onların yanında olduğunu bildirib. Ziyarət zamanı şəhid ailələrinin üzvlərinə, müharibə əlillərinə, habelə bu kateqoriyadan olan hər bir vətəndaşına dövlətimizin göstərdiyi sonsuz qayğı və diqqətdən söz açılıb. Qeyd edək ki, Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş kapitan İlkin Nəcəfov Misir oğlunun anasıdır.

Keçidlər