Rüstəm Xəlilov şəhər sakinlərinin problemlərini dinlədi.
Rüstəm Xəlilov şəhər sakinlərinin
qayğı və problemlərini dinlədi.
Dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Salyan rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 2025-ci ilin noyabr ayı ərzində keçirilməsi nəzərdə tutulan səyyar görüşlərin qrafikinə əsasən İnteqrasiya təlimli internat tipli gimnaziyanın binasında səyyar görüş keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, kanalizasiya sisteminin yenidən qurulması, asfalt örtüyünün vurulması işləri və sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulmuş tədbirlər barədə görüş iştirakçılarına ətraflı məlumat verib. RİH başçısı qəbulda növbə ilə söz alan vətəndaşları fərdi qaydada dinləyib, onların səsləndirdikləri problemləri qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Şəhər sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






