Şriftin ölçüsü :

Saytın rəngi :

Rüstəm Xəlilov şəhər sakinləri ilə növbəti səyyar qəbul keçirdi.

24 fevral 2026 | 16:48

Rüstəm Xəlilov şəhər sakinləri ilə növbəti

səyyar qəbul keçirdi. 

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun şəhər sakinləri ilə görüşü 1 saylı məktəb-liseyinin binasında baş tutub. Səyyar qəbulda çıxış edən RİH başçısı son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda dövlət səviyyəsində həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə ətraflı danışıb, ölkə başçısının qayğısı ilə görülən bütün işlərin, həyata keçirilən tədbirlərin yalnız bir amala, əhalimizin yaxşı yaşamasına, onların sosial rifahının və həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət etdiyini vurğulayıb. Rayon İcra başçısı qəbulda iştirak edən vətəndaşları fərdi qaydada dinləyib onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.

Keçidlər