Rüstəm Xəlilov rayonda taxıl biçininə hazırlıq işləri ilə əlaqədar Salyan Dövlət Salyan Dövlət Aqrar İnkişaf Mərkəzində fermerlərlə görüş keçirib.
Rüstəm Xəlilov rayonda taxıl biçininə hazırlıq işləri ilə əlaqədar Salyan Dövlət Salyan Dövlət Aqrar İnkişaf Mərkəzində
fermerlərlə görüş keçirib.
Görüşdən öncə Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Dövlət Aqrar İnkişaf Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub, mütəxəssisləri ilə görüşüb. Eyni zamanda Salyan Regional Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzində aparılan torpaqların aqrokimyəvi analizlər, toxumların analizləri və laboratoriyalarda mövcud olan müasir avadanlıqlar ilə bağlı geniş şəkildə məlumatlandırılıb. Dəyirmi masa ətrafında davam edən görüşdə RİH başçısı Rüstəm Xəlilov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də dayanıqlı inkişaf edir. Ölkəmizdə taxılçılığın kənd təsərrüfatının mühüm sahələrindən biri olduğunu, taxılçılığın inkişaf etdirilməsi ilə bağlı cənab Prezident İlham Əliyevin qəbul etdiyi qərarların, verdiyi tapşırıq və tövsiyələrin bu sahənin sürətli inkişafı üçün əlverişli şərait yaratdığını vurğulayıb. Rayonun aqrar sektorunda aparıcı sahələrdən olan taxılçılığın ölkənin ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyətə malik olduğunu vurğulayıb, fermerlərə işlərində uğurlar və yüksək məhsuldarlıq arzulayıb. Cari ilin taxıl biçini ilə bağlı görüləcək tədbirlər, texniki təminat və məhsul yığımının təşkili məsələləri müzakirə olunub. Fermerlər tərəfindən yetişdirilmiş məhsulun sahələrdən vaxtında, keyfiyyətlə və itkisiz toplanılmasının əsas vəzifələrdən olduğu vurğulanıb. Biçin zamanı qarşıya çıxa biləcək çətinliklər, onların həlli yolları müzakirə edilib, fermer və mexanizatorların təklifləri dinlənilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.






