Şriftin ölçüsü :

Saytın rəngi :

Rüstəm Xəlilov Quyçu kənd sakinləri ilə səyyar qəbul-görüş keçirib.

12 mart 2025 | 16:51

Rüstəm Xəlilov Quyçu kənd sakinləri ilə səyyar

qəbul-görüş keçirib.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov 12 mart tarixində vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə Quyçu kənd sakinləri ilə səyyar qəbul keçirib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirib.

RİH başçısı Rüstəm Xəlilov qəbulda çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmiş və təsdiq olunmuş Tədbirlər Planına əsasən il ərzində ölkəmizdə çoxsaylı yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bu sərəncamın dövlətçilik tariximizin daha da dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşımasını vurğulayan RİH başçısı Möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamın ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün xüsusi məna ifadə edərək, hüquqi dövlətçilik və suverenlik dəyərlərinin yeni qlobal çağırışlar əsasında formalaşdırılması üçün bir fürsət kimi dəyərləndirilməsini diqqətə çatdırıb.

Səmimi söhbət əsasında keçən qəbulda minnətdarlıqla yanaşı, sakinləri inarahat edən bir sıra məsələlərdən də söz açılıb. Rayon İcra başçısı qəbulda iştirak edən vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.

Keçidlər