Şriftin ölçüsü :

Saytın rəngi :

Rüstəm Xəlilov Quyçu kənd sakinləri ilə görüşdü.

03 mart 2026 | 16:36

Rüstəm Xəlilov Quyçu kənd sakinləri ilə görüşdü.

Salyanda Rayon İcra Hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə əhali ilə keçirdiyi səyyar qəbul və görüşlər davam etdirilir. RİH başçısının sakinlərlə növbəti görüşü Quyçu kənd tam orta ümumtəhsil məktəbinin binasında baş tutub. Rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin və kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, dövlət-vətəndaş münasibətindən, ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən qayğıdan, rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib. Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov qəbulda növbə ilə söz alan vətəndaşları fərdi qaydada dinləyib, onların səsləndirdikləri problemləri qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.

Keçidlər