Şriftin ölçüsü :

Saytın rəngi :

Rüstəm Xəlilov Qarabağlı kənd sakinləri ilə görüşdü.

02 dekabr 2025 | 13:02

Rüstəm Xəlilov Qarabağlı kənd sakinləri

ilə görüşdü.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun sakinlərlə görüşü Qarabağlı kənd Mədəniyyət evinin binasında baş tutub. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərləri və kənd sakinləri iştirak ediblər. Rayon İcra başçısı Rüstəm Xəlilov çıxış edərək rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib. Daha sonra görüşdə iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.

Keçidlər