Şriftin ölçüsü :

Saytın rəngi :

Rüstəm Xəlilov Ərəbqardaşbəyli kəndində səyyar qəbul keçirdi.

09 dekabr 2025 | 16:53

Rüstəm Xəlilov Ərəbqardaşbəyli kəndində səyyar

qəbul keçirdi.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun sakinlərlə görüşü Ərəbqardaşbəyli kənd tam orta məktəbinin binasında baş tutub. Qəbulda Rayon İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərləri və kənd sakinləri iştirak ediblər. Rayon İcra başçısı Rüstəm Xəlilov çıxış edərək rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib. Daha sonra qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.

Keçidlər