Şriftin ölçüsü :

Saytın rəngi :

RİH-nin başçısı Qırxçıraq qəsəbə sakinləri ilə səyyar qəbul keçirmişdir.

10 oktyabr 2023 | 07:29
RİH-nin başçısı Sevindik Hətəmov Salyan rayonunun Qırxçıraq qəsəbə sakinləri ilə
səyyar qəbul keçirmişdir.
 
Qəbulda çıxış edən RİH-nin başçısı son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda dövlət səviyyəsində həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə ətraflı danışmış, ölkə başçısının qayğısı ilə görülən bütün işlərin, həyata keçirilən tədbirlərin yalnız bir amala, əhalimizin yaxşı yaşamasına, onların sosial rifahının və həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət etdiyini vurğulamışdır. Rayon İcra başçısı qəbulda iştirak edən vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar vermişdir.
Keçidlər