Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı Sevindik Hətəmov 2 saylı xeyir-şər evinində Ə.Quliyev küçəsinin sakinləri ilə səyyar qəbul keçirmişdir.

23 iyun 2023 | 16:52

Salyan Rayon İcra Hakimiyyətinin Sevindik Hətəmov  2 saylı xeyir-şər evinində Ə.Quliyev küçəsinin sakinləri ilə  səyyar qəbul keçirmişdir.

Salyan Rayon İcra Hakimiyyətinin  başçısı Sevindik Hətəmov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə səyyar qəbul keçirdi. RİH başçısı keçirilən səyyar qəbulların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd etmiş, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulamışdır. Səmimi söhbət əsasında keçən qəbulda minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açmışlar. Rayon İcra başçısı qəbulda iştirak edən vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar vermişdir. 

 

Keçidlər