RİH başçısı yanında fəaliyyət göstərən ictimai şura üzvləri ilə növbəti görüş keçirilmişdir.
Salyan Rayon İcra hakimiyyətinin başçısı rayonda fəaliyyət göstərən
ictimai şura üzvləri ilə görüşmüşdür
Salyan Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov RİH başçısı yanında fəaliyyət göstərən ictimai şura üzvləri ilə növbəti görüş keçirmişdir. Görülən işlər və qarşıda duran vəzifələrin müzakirə edildiyi tədbirdə aparatın məsul işçiləri və rayonun ictimai siyasi qəzeti olan “Qələbə”nin jurnalist kollektivi iştirak etmişdir. RİH başcısı Sevindik Hətəmov bildirmişdir ki, “İctimai iştirakcılıq haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında yaradılan ictimai şuralar dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsində, ümum dövlət və yerli səviyyəli qərarların qəbulunda, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqalarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyətlərini layiqincə təmsil edirlər. Salyan rayonunda da İctimai şuranın üzvləri sosial-ictimai həyatda yaxından iştirak etməklə insanların qarşılaşdıqları problemlərin, həmçinin vətəndaşların arzu və təkliflərinin yerli icra orqanlarına çatdırılması, müzakirəsi və həllinə nail olunması istiqamətində artıq müsbət təcrübə qazanmışdır.Bunun nəticəsidir ki, rayonda həyata keçirilən bütün sosial- iqtisadi layihələr insanların arzu və təklifləri, sosial ehtiyaclarınin daha layiqincə qarşılanması ilə müşahidə olnur. Salyan Rayon İcra hakimiyyəti yanında İctimai Şuranın sədri Rüstəm Məlikov şura üzvləri ilə növbəti görüşün təşkilinə görə minnətdarlıq etmiş, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində Salyan rayonunda görülən infrastruktur layihələrinin insanlar tərəfindən razılıqla qarşılandığını və bu işə vətəndaş cəmiyyəti bundan sonra da dəstək verəcəyini bildirmişdir. Çıxış edən içtimai şura üzvləri, o cümlədən media nümayəndələri insanları narahat edən bütün problemlərin həllində ictimai nəzarət mexanizmindən bundan sonra da səmərəli istifadə etməyin zəruriliyinin vacib olduğunu bildirmişlər. RİH başçısı belə görüşlərin mütamadi olaraq davam edəcəyini və hər bir ictimai təşəbbüs və təklifin nəzarətə götürülərək həllinə dəstək veriləcəyini bildirmişdir.