Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı tərəfindən 8 Noyabr – şanlı Zəfər Gününün beşinci ildönümü ərəfəsində şəhid ailələrini ziyarət bugün də davam etdirilir.

03 noyabr 2025 | 10:38

RİH başçısı tərəfindən 8 Noyabr – şanlı Zəfər Gününün beşinci ildönümü ərəfəsində

şəhid ailələrini ziyarət bugün də davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərini müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunmasını təşkil edir. Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Salyan rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.

Salyan RİH-nin başçısı Rüstəm Xəlilov, YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri növbəti bir qrup şəhidlərin ata ocaqlarını ziyarət ediblər. Ziyarət zamanı şəhidlərimizin keçdikləri şücaətli döyüş yollarından, xatirələrindən söhbət açılıb.

 

Keçidlər