Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı tərəfindən 2024-cü ilin dekabr ayı ərzində keçirilməsi nəzərdə tutulan səyyar qəbulların qrafikinə əsasən, Salyan Mərkəzləşdirilmiş Kitabxana Sistemində şəhər sakinləri ilə səyyar qəbul keçirilib.

24 dekabr 2024 | 12:00

RİH başçısı tərəfindən 2024-cü ilin dekabr ayı ərzində keçirilməsi nəzərdə tutulan səyyar qəbulların qrafikinə əsasən, Salyan Mərkəzləşdirilmiş Kitabxana Sistemində şəhər sakinləri ilə səyyar qəbul keçirilib.

Mərkəzləşdirilmiş Kitabxana Sistemində keçirilən səyyar qəbulda Salyan RİH başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın məsul şəxsləri, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər. RİH başçısı Rüstəm Xəlilov keçirilən səyyar qəbulların ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb. Daha sonra sakinlərin müraciətləri dinlənilib və araşdırma tələb edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.

Şəhər sakinləri ölkədə dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsinə, regionlarda sürətli inkişaf dinamikasına nail olunmasına görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər