RİH başçısı Sevindik Hətəmov Qarabağlı kəndində əhali ilə növbəti səyyar qəbul keçirmişdir.
RİH başçısı Sevindik Hətəmov rayonun Qarabağlı kəndində əhali ilə növbəti
səyyar qəbul keçirmişdir.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Qarabağlı kəndində vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirdi. Qəbulda çıxış edən Rayon rəhbəri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətindən, 44 Günlük Vətən müharibəsindəki qələbəmizdən, işğaldan azad olunan torpaqlarımızın Prezident İlham Əliyevin göstərişlərinə əsasən abadlaşmasından və rayon ərazisində aparılan abadlıq quruculuq işləri haqqında məlumat vermişdir. İcra başçısı ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf kursunun parlaq nəticələrinin hər bir vətəndaşın həyat şəraitinin yaxşılaşdırılmasında müstəsna rolunu xüsusi vurğulayaraq bu inkişaf kursunun bundan sonra da xalqın rifahına xidmət edəcəyini diqqətə çatdırmışdır.
Qəbulda vətəndaşlar kənddaxili yolların təmiri, suvarma kanallarının təmizlənməsi, telekomunikasiya və rabitə xətlərinin qurulması, digər məsələlər ilə əlaqədar xahiş və təkliflər səsləndirmişlər. Rayon İcra başçısı qəbulda iştirak edən vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar vermişdir.