RİH başçısı Sevindik Hətəmov Kür Qaraqaşlı kəndində əhali ilə növbəti səyyar qəbul keçirmişdir.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Kür Qaraqaşlı kəndində əhali ilə növbəti
səyyar qəbul keçirmişdir.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Kür Qaraqaşlı kəndində vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirdi. RİH başçısı keçirilən səyyar qəbulların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd etmiş, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulamışdır. Rayon İcra başçısı qəbulda iştirak edən vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar vermişdir.