RİH başçısı şəhid ailələrini evlərində ziyarət etmişdir.
“Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və Yeni il bayramı ərəfəsində Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov şəhid ailələrini evlərində ziyarət etmişdir.
“Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və Yeni il bayramı ərəfəsində Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov şəhid ailələrini evlərində ziyarət etmiş, bayramlarını təbrik edərək, şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləmişdir. Rayon rəhbəri Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu vurğulamış və belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə görə şəhid valideynlərinə təşəkkürünü bildirmişdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin hər zaman əziz olduğunu, onların xalqın qəlbində əbədi yaşayacaqlarını söyləyərək şəhidlərin ailə üzvlərinə diqqət və qayğının göstərilməsinin hər birimizin vətəndaşlıq borcu olduğunu bildirmişdir. Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər.